Müsahibə, Ədəbiyyat
31.01.2019 / 11:00

“Biz sonuncu şairlərik…”- Fuad Cəfərli

“Biz sonuncu şairlərik…”-
Həmsöhbətimiz Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Fuad Cəfərlidir.

Fuad bəylə yeni çıxacaq kitabından, günümüzün ədəbi mövzularından seçmələr edib söhbətləşmişik. Şair iddia edir ki, o, sonuncu şairlərin tarixə düşəcək nümayəndələrindəndir. Digər suallara hansı cavabı verdiyini öyrənmək istəyirsinizsə, size də söhbətimizə qulaq kəsilməyə dəvət edirik.

- Yeni kitab gəlir. Uzun fasilədən sonra oxucularınız növbəti kitabınızın işğına yığışacaq. Bunun əhəmiyyəti, önəmi, yaşatdığı hisslərdən danışaq. Nələr bəxş edir ikinci gəlişiniz?

-Bəli Tural, bildirdiyin kimi fasilə çox uzun oldu. Son zamanlarda populyarlaşan hər işdə bir xeyir var fikirini xatırladım. Düşünürəm ki, kitab dünən gəlsəydi bu gün mənim ədəbi tələbimə cavab verməyəcəkdi. İlər öncə yazdığın şeiri nəzədən keçirəndə qəfil görürsən ki hansısa söz və ya fikir şeiri tamamlayır ya da əksinə…
Əlbəttə, şair üçün kitabın çıxması önəmli hadisədir. Həyəcan yalnız oxucularla görüşmək anını gözləyən müddətdə özünü yaxşı mənada büruzə verir.

- Necə düşünürsünüz, kitabdakı şeirlərin hamısı tamamlanıb?

-Yalnız bir şeirdə bircə söz çatmır. Kitab çapa getdiyi üçün onu da düzəldə bilmədim. Kitabda gedən şeirlərin hamısı tamamlanıb…

- Son dövrlər həm Qərbdə həm də bizdə belə bir yanaşma var; ədəbiyyata maraq daha əvvəlki kimi deyil, ölüb. Daha doğrusu, poeziyaya əskilərdəki maraq sönür... Belə bir zamanda, bu məsələnin aktual olduğu bir məqamda kitab çıxarmaq sizə dvident gətirəcəkmi?

“Biz sonuncu şairlərik…”-

-Bilirsən Tural, sən də bilirsən ki, ədəbiyyat zövq hadisəsi deyil. Ədəbiyyat sənət hadisəsidir. Razıyam, poeziyaya maraq azalıb. Məncə bunun səbəblərindən bir odur ki, insanların arasındakı münasibətlər indi başqa müstəviyə keçid dövrünü yaşayır. Və hələ şeir dövrü tam bitməyib. Açığı, divident haqqında düşünməmişəm. Bilmirəm, bəlkə də biz sonuncu şairlərik . Ancaq hələ dövrün bitməsinə bir neçə nəsil var . Yəni, bir gün şeir insanlara haykular, sonetlər, holavarlar kimi tarixdən əl yelləyə bilər, yaxud da əl yelləyəcək, bilmirəm.

-Başqa bir məsələyə də toxunmaq istəyirdim, ümumiyyətlə, son dövrlər ədəbiyyatımızda el dilində desəm, bazar ədəbiyyatı və elit ədəbiyyat anlayışları formalaşıb. Yəni, sıradan kitab çıxarmaq, kitab xatirinə kitab çıxarmaq, müəyyən tədbirlər keçirməklə ədəbiyyatda üzərlərinə düşən missiyanı bimiş hesab eləyirlər. Sualım ondan ibarətdir ki, yəqin razılaşarsınız, bu gün Azərbaycanda oxucu kifayət qədər azdır, üsətlik poeziyanın oxucusu kafi şklasından da xeyli aşağıdadır. Müəllif özünü oxucularına sevdirməklə yanaşı, eyni zamanda kitabı onlara oxutdurmaq üçün hansı addımları atmalıdır? Yoxsa bu müəllifin işi deyil, bunu hansısa bir mexanzim həyata keçirməlidir?


“Biz sonuncu şairlərik…”-

-Birincisi, müəllifin üzərinə düşən iş öz ədəbiyyatını yaratmaqdır. Yaranmış ədəbiyyat ünvanına yəni, oxucuya çatanda qarşı tərəfin kitabı sevməkdən başqa yolu qalmır. Günümüzün insanı istehsalçıdan çox istehlakçı olduğuna görə əziyyət çəkib – oxumağı demirəm – kitab axtarmağı belə istəmir. Kitabı birbaşa masasında görməyi arzulayır. Tənbəllik dedim tənbəllik çox nəsnəni unutdurmaq qabiliyyətindədir. O cümlədən də kitabı.
Burada iş nəşriyyatlara düşür. Bilirsiniz, bizdə bir nəşriyyat yuxu yozmalar kitabından tutmuş akademik kitabalara qədər çıxarır. Qərbdə isə hər nəşriyyatın öz profili var. Və nəşriyyatlar həmin profillərdə ixtisaslaşıblar. Əslində bu problemin yumşaq desək, bir adı var, hərşeyşünaslıq. Bu səbəbdən də indi yazıçılar, həm reklam, həm tədbirin təşkili, həm də tədbirdən sonra press reliz hazırlayır. Əslində isə ədəbiyyatçının işi yazı masasından qalxanda bitir. Daha doğrusu, bitməlidir.

- Sənət sənət üçündür yoxsa xalq üçündür anlayışına necə baxırsan?

“Biz sonuncu şairlərik…”-

-Sənət sənət üçündür. Məncə əsl sənəti həm sənətkarlar həm də xalq sevir. Düzdür, xalqın sevməyi üçün çox hallarda zaman lazım olur. Ancaq bəxti gətirən sənətkarlar çox olmasa da az deyil.

Etqar Keret deyir ki gündə bir saat yazmaq üçün altı saat oxumaq lazımdır. Günün neçə saatını mütaliəyə ayırırsınız? Xahiş edirəm bir cümlə ilə ?..

-Gündəlik qayğıların çoxluğundan aslı olmayaraq minumum 45 dəqiqəsini.

- Bəs gündə nə qədər yazırsınız?
-Hər gün yazmıram, yazıdığım gün isə masada keçirdiyim zaman 15- 20 dəqiqədən az olmaz (gülür).

-Aydındır ki mətn, yəni yazı prosesi ən axırıncı prosesidir və yazıçının rahatlaşdığı məqamdır. Beyniniz bir mətnlə neçə saat yüklü olur?

-Bu proses bir saat da çəkə bilər, aylarla da… Mətnin alınmasından aslıdır.

- Fuad bəy, son olaraq bir sual verim; hayqırmaq, hıçqırmaq, sevincdən uçmaq, uzaqlaşmaq, xatırlanmaq, ümidlənmək istəyəndə hansı şeiri ya da misranı tez-tez səsləndirirsiniz?


- Vaqif Səmədoğlunun misrasını. “Mən burdayam, İlahi...”… (araya uzun sükut çökür və oturduğumuz masadan qalxırıq).

“Biz sonuncu şairlərik…”-



Söhbətləşdi, Tural Turan

Baxış sayı: 87