Ədəbiyyat
31.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:http://inform.az/index.php?newsid=38341

Xəyalı yenə beynində cövlan etməyə başladı. Nədənsə bu dəfə Nihad deyil, oxuduğu məktəbi, sinif yoldaşları onun qonaqları oldular.

Ömrünün ən bəxtəvər vaxtları idi məktəb illəri. Məktəbdə ən fəal şagird idi.

Hamı onu çox sevir, məktəb yoldaşlarından kiçikdən-boyüyə hamı onunla dostluq etməyə can atırdı. Eh, kaş ki, ömür qatarının növbəti dayanacağı yenidən həmin illər olaydı kaş.
Amma, harada idi, Uca Yaradanın belə qanunu?!
Səlma xəyal qanadlarında yuxuya getdi. Gözlərini açanda Kənanın oturub yenə ona baxdığını gördü:
- Dəli, hardaydın, bəs deyirdin məni tək qoymayacaqsan, mənim xətrimə dəyməyəcəksən?-deyə Səlma üzünü kənara çevirmək istədi. Amma Kənan imkan vermədi:
- Ay mənim, dəcəl pişiyim, mən nə etdim ki? Mən səni incitdim yoxsa sən məni?
Tənbəl, qalx görüm, haydı. Möhkəm acmışam, gedək restorana.
- Eh, istəmirəm, evdə yemək var da mütləqdir ki, restorana gedək? Olmazmı bu gecəni evdə şam edək?
- Yaxşı, tənbəl, sən deyən olsun-Kənan Səlmanı təqlidlə dodaqlarını büzüb:
- Bu gecə şam yeməyini evdə yeyək-deyə dodaqaltı mızıldandı.
Səlma yataqdan qalxıb, vanna otağına keçdi, yuyunub mətbəxə döndü. Soyuducunu açıb ərzaqlara göz gəzdirdi. Günorta restorandan sifariş edilən yeməkləri götürüb mikrosobaya yığdı. Kənana səslənərək:
- Ömrüm yeməyi harada yeyək, mətbəxdə, yoxsa qonaq otağında?
- Sən harada istəsən orada, şəkərim - deyə Kənan dilləndi.
- Oldu, o zaman zəhmət çəkib on dəqiqə sonra mətbəxdə ol, gözləyirəm.
Səlma xüsusi zövqlə masanı bəzəməyə başladı. On dəqiqə ərzində şahanə bir masa Kənanı gözləyirdi. Kənan çox dəqiq insan idi. On dəqiqə sonra o artıq masada idi.

Xəyallarımın qadını

Səlma Kənanın boşqabına yemək çəkdi.
- Bəh, bəh, əcəb dadlıdır-deyə Kənan ağzını marçıldadaraq gülümsədi.
- Pis uşaq. Sanki bu yeməklərin restorandan gəldiyini bilmirsən, məni lağa qoyursan?
- Bıy, restorandanmı gəlib yeməklər, heç deməzsən ağrın alem-deyə Kənan yenə zarafata başladı. Səlma incik uşaqlar kimi-danışdırma məni, pissən sən,- deyə dodaqaltı mızıldandı. Kənan ayağa qalxıb-mənəmi naz edirsən, dayan indi naz etməyi sənə göstərərəm,- dedi.
Səlma stuldan qalxaraq:
- Nə edəcəksən, pah qorxdum,-deyib qaçdı.
- Dayan,dayan sən hələ buna bax, məndən qaça bilərsənmi, dur dedim sənə.
Səlma masanın ətrafında qaçır, Kənansa onu tutmağa çalışırdı.
Səlma işi belə görüb yataq otağına qaçıb, qapını bağladı:
- Hə, indi tək başına ye o dadlı yeməkləri - qəhqəhə çəkərək Kənana acıq verməyə çalışdı.
- Olsun, yeyərəm - Kənanın incik səsi gəldi.
Az sonra otaqdan çəngəl, bıçaq səsi gəldi. Kənan sanki hirsini qab-qacaqdan çıxırdı. Az sonra səs kəsildi. Səlma qapıya söykənib durdu. Ölü bir sükut ətrafı sarmışdı. Ürəyi ilə bacarmadı, qapını açıb, otaqdan çıxmaq istəyirdi ki, -Bir buna bax, mənə naz edir,-Kənan qapının kənarından çıxıb onu qucaqladı. Səlma müqavimət göstərməyə imkan tapmamış Kənan onu qolları üstə götürüb yataq otağına girdi:
- Bəsdi, bəsdi, dəli, manyak-deyə Səlma onu yumruqlamağa başladı.
Kənanın onun bu hərəkəti vecinə də deyildi. –İndi sənə göstərəcəm naz eləməyin cəzasını - deyib Kənan Səlmanı öpüşlərə qərq edərək vücuduna sarıldı. Onu soyundurmaq istəyirdi ki, Səlmanın hıçqırtısı onu saxladı.
- Mələyim, sənə nə oldu?
- Kənan, xahiş edirəm bir də heç vaxt mənimlə belə rəftar etmə, mən zoru sevmirəm -deyə hönkürdü.
- Oldu, quzum, sakit ol. Bir daha olmaz - deyib onu sakitləşdirməyə çalışdı. Səlma körpə uşaq kimi ona sığındı.
Kənan onun saçlarından öpə-öpə:
- Oldu, mələyim, bir daha olmaz. İndi isə qalx gülüm, gedək yeməyimizi yeyək. İndi buza dönüb.
Səlma vanna otağına keçib, üzünü yudu, mətbəxə keçib masaya oturdu. Kənan da onun yanındakı stula oturdu.
- Balamı mən yedirəcəm-deyib Səlmanın boşqabına yemək çəkdi.
- Yox, ömrüm sən yeməyini ye - deyə Səlma etiraz etdi.
- Bitdi, etiraz qəbul edilmir. Aç ağzını.
Səlma uşaq kimi ağzını acid.
- Ay mənim ağıllı balam, çox ye ki, güclü olasan, tez böyüyəsən.
Səlma gerçəkdən bu nəvazişdən ləzzət alır, uşaq kimi nazlana-nazlana yeyirdi.
- Yaxşı, canım yetər. Özün də ye. Gəl indi mən səni yedirdim.
- Pah, mən bəzi adamlar kimi uşaq deyiləm, məni yedirsinlər-deyə Kənan dilləndi.
Səlma:
- Olsun nə deyirəm ki...
Kənan:
- Ömrüm, narahat olma, özüm yeyəcəm-deyib boşqabı qarşısına çəkdi. –Yemək bitdikdən sonra gedirik hara?
- Karaokeyə.
Hər ikisi gülərək cavab verdi.
Kənan şəhərin ən məşhur “Ray” karaoke klubuna gətirmişdi onu.
Kənanın bura tez-tez gəlməsi buranın işçi personalının onunla səmimi davranmalarından hiss olunurdu.
- Kənan müəllim, məkan sizi gözləyir-deyə klub inzibatçısı gülümsündü.
- Oldu, təşəkkür edirəm-deyib Səlmanın belindən qucaqlayıb küncə qoyulmuş stola yaxınlaşdılar. Masada pivə, çərəz və siqaret qoyulmuşdu. Səlma gözucu masaya nəzər saldı.
- Otur, dəniz gözlüm.
Mikrofon əldən-ələ gəzir hər kəs bacardığı qədər öz istedadını nümayiş etdirirdi.
- Ömrüm, pivə içəcəksənmi?
- Niyə də yox?
- Nə bilim, içki içmirsən demişdin.
- O keçmişdə qaldı - Səlma gülümsəyərək Kənanın burnuna çırtma vurdu.
“Bir əfsanəydi” mahnısının musiqi sədaları ortamı ağuşuna aldı.
- Hə, gedək göstərək məharətimizi-deyə Kənan Səlmanı qaldırdı.
- Mən yox.
- Niyə sən yox? Bəs mən tək kontrabasda?-deyə Kənan gülərək Səlmanın belindən tutub qaldırdı. Səhnəyə qalxdılar. Mikrafonu əlinə alıb
Bir əfsanəydi, əfsanəydi
Sənlə bərabər olmaq
Saatlerce uzanıp
Hep yanında qalmaq
Kənan oxuyur, Səlma isə donmuşdu. Kənan mikrofonu ona sarı uzatsa da Səlmanın duruxmasından çaşdı. Səlma gözünü orta masaya dikib durmuşdu...
Nihad, yenə də Nihad..

Xəyallarımın qadını



İnform.az


Baxış sayı: 400