Elm-təhsil
30.01.2019 / 16:10

Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib/ FOTO

Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib/
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, seminarda Rusiya Elmlər Akademiyası Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvanAnantolyeviçMaltsev “Klonlarınhipereyniliklərlə bölünməsi” mövzusunda çıxış edib.

Məruzə sonluqiymətli məntiqlərdə tamlıq probleminə həsr edilib. Bu problem hipereyniliklərin köməyi ilə həll edilir.

Çıxışda, həmçinin kvazi xətti funksiyalardan düzəldilmiş müxtəlif məntiqləri bir-birindən ayıran hipereyniliklərə misallar göstərilib.

Sonda alimə 75 illik yubileyi münasibəti ilə Riyaziyyat və Mexanika İnstitutunun kollektivi adından, müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov tərəfindən imzalanmış təbrik ünvanı təqdim olunub.

Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib/


Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib/


Riyaziyyat və Mexanika İnstitutunda ümuminstitut seminarı keçirilib/



İnform.az

Baxış sayı: 239