Baş xəbər, Hərbi
31.01.2019 / 10:00

"Erməni silahlı qüvvələri atəşkəsi rejimini 21 dəfə pozublar"- MN-nin məlumatı

"Erməni silahlı qüvvələri atəşkəsi rejimini 21 dəfə pozublar"-Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimini 21 dəfə pozublar.

MN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Şirvanlı, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.




İnform.az

Baxış sayı: 232