Elm-təhsil
31.01.2019 / 01:00

HETİ-dəTürkiyəli mütəxəssislərin iştirakı ilə elmi əsaslarla süngərləmə prosesinin keçirilir- Azərbaycanda ilk dəfə/Foto

HETİ-dəTürkiyəli mütəxəssislərin iştirakı ilə elmi əsaslarla süngərləmə prosesinin keçirilir-
30 yanvar 2019-cu il tarixində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycanda ilk dəfə olaraq türkiyəli mütəxəssislərin iştirakı ilə elmi əsaslarla süngərləmə üsulunun tətbiqi ilə bağlı tədbir keçirilib.

İnstitutun Beynəlxalaq əlaqələr və informasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Aqrar Elm və İnnovasiya Mərkəzinin baş direktorunun müavini Tariyel Pənahov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri, “Milas Aqro MMC”-nin rəhbəri Murat Karadoğan və baytar həkimi Sinan Vəlizadə, 15 rayondan olan fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə HETİ-nin direktoru, a.e.f.d., dosent Mahir Hacıyev açıb.

Mahir Hacıyev son illər ölkə rəhbərliyinin kənd təsərrüfatına və aqrar sahəyə olan xüsusi diqqətindən söz açdı, bu sahədə dünyada tətbiq olunan innovativ texnologiyalardan və onların tətbiqinin əhəmiyyətindən bəhs edib.

Respublikamızda heyvandarlığın keçmiş və cari vəziyyətindən danışan Mahir Hacıyev heyvandarlıqda, xüsusən də qoyunçuluqda yeni üsul və texnologiyaların tətbiq edilməsindən, həmin texnologiyaların məhsuldarlığa və heyvanların baş sayına təsirlərindən danışdı, statistik göstəricilərə nəzər yetirib.

Daha sonra “Milas Aqro MMC”-nin rəhbəri Murat Karadoğan qoyunçuluqda tətbiq olunan süngərləmə üsulunun əhəmiyyəti barədə qısaca məlumat verdi. Süngərləmə metodunun faydalarından və maliyyə baxımından daha əlverişli bir metod olduğunu göstərən nəticələrdən danışıb.

Metodun Türkiyədə tətbiqindən etibarən 1980-ci ildən müqayisədə qoyunçuluq sahəsində nə kimi nailiyyətlər əldə olunduğunuda dinləyicilərin nəzərinə çatdırıb.

Əvvəlki illərdə təlabatların ödənilmədini ancaq bu üsulun tətbiqindən sonra illik bala əldə edilmə statiskalarının yüksəldiyini bildirərək, 100 baş qoyundan 1-ci balalama dövründə 165-175 bala qoyun əldə edildiyini fermerlere bildirib.

Ekiz bala əldə olunması üçün bu üsulun tətbiq olunacağı qoyunların seçilməsi yollarınında izahını verib.

“Milas Aqro MMC”-nin baytar-həkimi Sinan Vəlizadə süngərləmə üsulu, bu üsulda istifadə edilən “Esponvajet” və “Oviser” preparatları haqqında, süngərləmə üsulunun aparılması prosesi haqqında geniş təqdimatla çıxış edib.

Daha sonra müxtəlif rayonlardan olan fermerlərin, o cümlədən HETİ-nin əməkdaşlarının suallarına cavab verildi, onları maraqlandıran məqamlara aydınlıq gətirib.

Tədbirin plenar iclası yekunlaşdıqdan sonra HETİ-də olan qoyunçuluq fermasında “Milas Aqro MMC”-nin baytar-həkimi Sinan Vəlizadə və HETİ-nin mütəxəssisləri ilə birlikdə 4 baş qoyunda süngərləmə üsulunun tətbiqi əyani şəkildə fermerlərə nümayiş etdirilib..

Fermerlər bu yeni üsulların tətbiqinin vacib olduğunu və gələcəkdə bu təcrübənin öz təssərrüfatlarında tətbiq edəcəklərini söylədilər.

İnform.az

Baxış sayı: 520