Elm-təhsil
30.01.2019 / 16:20

Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/ FOTO

Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) iləTürkiyə Respublikası Kırıkkale Universitetinin birgə təşkil etdiyi“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar vəperspektivlər”mövzusunda konfrans keçirilib.

Aİİ-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, konfransda Azərbaycan və Türkiyədə din təhsili sahəsində elmi tədqiqatlar aparan alimlər iştirak ediblər.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru cənab Ceyhun Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra, “Azərbaycanda din təhsili: mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdəngeniş bəhs edib.

O, müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq, ümummilli lider Heydər Əliyevin sözügedən sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Rektor qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirib: “Azərbaycan İlahiyyat İnstitutu da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb”.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavinidr.Adem Yıldırım“İslam hüququnun tədrisinin aktual problemləri” mövzusundakı məruzəsində Türkiyədə İslam hüququnun tədrisindən bəhs edərək,mövcud problemləri və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekan müavini dr. Muhammet Ali Yazıbaşı“Cümhuriyyət dövründə Türkiyə ali məktəblərində din təhsili” mövzusunda çıxışında Türkiyədə universitetlərində və orta məktəblərdə din tədrisi barədə geniş məlumat verib.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin müəllimi dos. Şahin Əhmədoğlu “Məzhəblər tarixi fənninin tədrisinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Ş.Əhmədoğlu din-insan-məzhəb münasibətlərindən danışarkən, məzhəblərarası ixtilaflar və məzhəblərarası yaxınlaşmalardan bəhs edib. Məzhəblər tarixi fənninin tədrisindən danışan dosent mövcud vəziyyət və perspektivlər barədə fikirlərini bölüşüb.

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dos.Elnurə Əzizova“Azərbaycanın ibtidai və orta məktəblərində Həyat bilgisi fənninin tədrisi – İslam dini kontekstində” mövzusunda məruzə ilə çıxış etmişdir. E.Əzizova Azərbaycanınorta məktəblərində müstəqil din dərsinin olmadığını, 1-9-cu siniflərdə “Həyat bilgisi” dərsliyində dinlə əlaqəli məlumatların tədris edildiyi barədə məlumat verib. Bildirilib ki, bu fənn ilə şagirdlərə müxtəlif dünya dinləri haqqında əsas biliklər öyrədilir.

Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müəllimi Aygün Kərimova “Azərbaycanda tarixən dinə münasibət və din təhsili” mövzusunda məruzəsində ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən bəhs edib.

O, Azərbaycanda orta əsrlərdə fəaliyyət göstərən mədrəsələr haqqında geniş məlumat verib.
Tədbir məruzələrdən sonra,mövzu ətrafında fikir mübadiləsi ilə davam etdirilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ali təhsil müəssisəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixində imzaladığı Sərəncamın birilliyinə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.

Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/


Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/


Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/


Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/


Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/


Aİİ-də“Azərbaycan və Türkiyədə din təhsili: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib/




İnform.az





Baxış sayı: 264