Dünya
01.08.2015 / 06:04

Donald Tramp: Krım Avropanın problemidir

Donald Tramp: Krım Avropanın problemidir

ABŞ prezidentliyinə Respublikaçı iddialı Donald Tramp deyir ki, ABŞ yalnız Avropa dövlətləri xahiş edərsə Krım məsələsinə qarışa bilər. Əks təqdirdə, Krım Avropanın problemidir, deyə milyarder maqnat bildirib.

Bu barədə İnform.az Amerikanın səsinə istinadən xəbər verir.

“Əvvəla bir şeyi başa salım – bu, bizdən çox Avropanın problemidir,” deyə Tramp Şotlandiyada səfərdə ikən CNN jurnalistinə bildirib.

“Avropa bizim qədər şikayət etmir. Əgər Avropa gəlib bizə desə ki, "bizə sizin köməyiniz lazımdır", onda başqa msələ. Amma onlar bunu etmirlər. Onlar Rusiya ilə ticarət edirlər, ruslardan qaz alırlar, neft alırlar – onlar bizdən kömək diləmirlər. Biz isə bundan böyük bir məsələ çıxarmışıq.”

“Axı niyə Almaniya bu məsələdə estafeti ələ almayıb?” deyə Tramp soruşub. “Almaniya kifayət qədər zəngin, qüdrətli ölkədir. Sanki hər şeyi Amerika etməlidir – sanki biz dünyanın polisiyik.

Baxış sayı: 182