Hüquq
30.01.2019 / 15:10

Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb

Hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıbYanvarın 27-də saat 22 radələrində Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yolu keçən Bakı şəhər sakini Z.Əhmədov müəyyən edilməyən avtomobillə vurularaq hadisə yerində ölüb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini B.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


İnform.az

Baxış sayı: 154