Hüquq
30.01.2019 / 15:00

Dələduzluq edən müğənniyə cəza tələbi

Dələduzluq edən müğənniyə cəza tələbiBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Seyhun Azadəliyev çıxış edib.

O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.

Prokuror T.Vəlizadənin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 5-dək təxirə salınıb.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.



İnform.az

Baxış sayı: 226