Türk dünyası, Baş xəbər
30.01.2019 / 14:30

Nazarbayev hökuməti qorxaqlıqda günahlandırıb

Nazarbayev hökuməti qorxaqlıqda günahlandırıb Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökuməti ölkədə müflisləşmə institutunun tətbiqi ilə bağlı qərar verməyi bacarmamaqda ittiham edib.

İnform.az
-ın məlumatına görə, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər yayıb.

"İqtisadiyyatı müflislərdən təmizləmədən normal inkişaf edə bilməyəcəyik. Hökumət də, banklar da daim büdrəyəcək. Müflisləşmə institutu bazar iqtisadiyyatlı ölkələrdə olduqca yayılmış haldır. Siz sadəcə, qorxaqlarsız, əliniz, diziniz əsir!", - N.Nazarbayev Astanada hökumətin genişləndirilmiş görüşündə bildirib.

O, hökumətə xitaban "Bəs onda niyə işləyirsiniz?" deyə müraciət edib.

Prezident bu məsələni həll etmək üçün Baş nazirə tapşırıq verib.



İnform.az

Baxış sayı: 261