Hüquq
30.01.2019 / 14:00

Polis soyğunçuları yaxaladı

Polis soyğunçuları yaxaladıNərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılmışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər.

Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

Nərimanov RPİ-də araşdırma aparılır.




İnform.az



Baxış sayı: 203