Türk dünyası
30.01.2019 / 11:05

Türk dünyası yazarlarının təbrikləri- VİDEOÇARX

Türk dünyası yazarlarının təbrikləri-
Bu gün Bakı Konqres Mərkəzində "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihənin yekun tədbiri keçiriləcək.

İnform.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədə kitabın təqdimat törəni keçirilib.

Həmçinin türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarx hazırlanıb.

30 yanvarda millət vəkillərinin, alimlərin, yazarların və ictimai faəl gənclərin iştirakı ilə keçiriləcək tədbirdə sözügedən kitab və video-çarx ictimaiyyət nümayəndələrinə təqdim ediləcək, habelə gənc şairlər öz şeirləri ilə çıxış edəcək.

Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanacaq.

Türk dünyası yazarlarının təbriklərindən ibarət video-çarxı təqdim edirik:





İnform.az

Baxış sayı: 403