Baş xəbər, İqtisadiyyat
30.01.2019 / 12:05

Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/ FOTO

Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/
29 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində ölkəmizdə ilk dəfə olaraq təşkil olunan Milli KSM Mükafatı 2018 müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Kadrlar və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev mükafatlandırma mərasimində çıxış edərək Azərbaycanda bu mükafatın ilk dəfə təsis edildiyini və belə müsabiqələrin davamlı olaraq keçiriləcəyini deyib.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavin Sədaqət Qəhrəmanova, İqtisadiyyat nazirliyinin sahibkarlar şöbəsinin müdiri İlqar Poladov, millət vəkili Kamilə Əliyeva, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkədə sahibkarlarlığın inkişafına göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar. Qeyd olunub ki, sahibkarlar onlar üçün yaradılan əlverişli şəraitdən istifadə edərək sosial, ekoloji və digər sahələrdə KSM layihələrinə dəstək verməklə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, cəmiyyətin ümumi rifahının yaxşılaşmasına öz töhfələrini vermiş olurlar.

Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələr həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı keçirilən Korporativ Sosial Məsuliyyət (KSM) üzrə ümumrespublika müsabiqəsininə layihələrin qəbulu 01 oktyabr - 30 noyabr 2018-ci il tarixinədək aparılıb.

Həmin müddət ərzində təhsil, bank, səhiyyə, mobil oprerator və sığorta sahəsində fəaliyyət göstərən 30-dan artıq şirkət son iki ildə həyata keçirdikləri layihələri müsabiqəyə təqdim edib. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müvafiq meyarlar üzrə qiymətləndirmə edilmiş və aşağıdakı layihələr müsabiqədə qalib elan edilib:

1.Kapital bank- Yaşlıların cəmiyyətə inteqrasiyası üzrə ilin layihəsi
2.Beynəlxalq bank- Təhsildə inklüzivliyin təmin edilməsi üzrə ilin layihəsi
3.BAKCELL- Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi
4.Bank Respublika- İcma inkişafı üzrə ilin layihəsi
5.AXA Mbask sığorta şirkəti-Valideyn və uşaq münasibətləri üzrə ilin layihəsi
6.Unibank-İdman sahəsində ilin layihəsi
7.Səlis Loqopedik və Nitq İnkişaf Mərkəzi-Sosial xidmət üzrə ilin layihəsi


Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondu, Gənc Mühasiblər İctimai Birliyi və Azərbaycan Professional Maliyyə Menecerləri Asossiasiyasının (APFM) təşkilati dəstəyi ilə keçirilib. Tədbirdə dövlət nümayəndələri, millət vəkilləri, sahibkarlar, PR və Marketinq sahəsində çalışan mütəxəssislər iştirak ediblər.

Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/


Milli KSM Mükafatı 2018-in qaliblərinə mükafatlar təqdim olunub/




İnform.az







Baxış sayı: 236