Hüquq
30.01.2019 / 12:20

Lənkəranda həmyerlisini vəhşicəsinə öldürən şəxs yaxalandı

Lənkəranda həmyerlisini vəhşicəsinə öldürən şəxs yaxalandıPolis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Lənkəran rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, yanvarın 29-da Lənkəran şəhəri ərazisindən Aşağı Nüvədi kənd sakini Ş.Balayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini H.Əlili müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.



İnform.az


Baxış sayı: 226