Baş xəbər, Sosial
30.01.2019 / 10:40

Əmək qanunvericiliyi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə seminar keçirilib

Əmək qanunvericiliyi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə seminar keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran şəhərində və Bakının Nizami rayonunda əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı işəgötürənlərin məlumatlandırılması məqsədilə seminarlar keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Lənkəran şəhərində təşkil olunan seminarda Lənkəran, Astara, Lerik rayonundan olan ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak ediblər.

Tədbir “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqında tutulmalar” mövzusunda keçirilib.

Əmək haqqının illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu qeyd edilib.

Əmək haqqının verilməsinin müddətləri, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqından tutulmalara yol verilən hallar və s. barədə məlumatlar verilib.

Bakının Nizami rayonunda keçirilən seminarda “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları” mövzusuna aid olub.

Tədbir zamanı işçilərin əmək funksiyalarını yerinə yetirmələri üçün əmək şəraitinin təmin edilməsi məqsədilə işəgötürənlərin qanunvericilikdən irəli gələn vəzifələri diqqətə çatdırılıb.



İnform.az

Baxış sayı: 176