Baş xəbər, İdman
30.01.2019 / 10:15

“Land of Fire”-nin qalib komandası Vətənə qayıdıb/ FOTO

“Land of Fire”-nin qalib  komandası Vətənə qayıdıb/
Yanvar ayının 25-27 tarixlərində İsveçrənin Sankt Moritz şəhə¬rində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirində 3-cü yer tutmuş “Land of Fire” komandası, turnir çərçivəsində tamaşaçılara Qarabağ atları üzərində “Odlar Yurdu – Azərbaycan” möhtəşəm şou-kompozisiyasını nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi, milli rəqslərimiz və həzin melodiyalarımızla avropalıları valeh edən rəqs ansamblı və musiqiçilər, nümayəndə heyətimizin digər üzvləri 29 yanvar tarixində Vətənə qayıdıblar.

Respublika Atçılıq Federasiyasının Mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda nümayəndə heyə-tinin qarşılanma mərasimi keçirilmiş, polo üzrə mötəbər dünya kuboku turnirində yüksək nəticə göstərmiş təmsilçilərimiz böyük ruh yüksəkliyi ilə qarşılanmış, onlara təbrik və minnətdarlıq hiss-lərini ifadə edən gül çələngləri təqdim olunmuş, xatirə fotoşəkilləri çəkilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə dünya polosunun ən nüfuzlu turnirlərindən biri olan “SNOW POLO WORLD CUP ST.MORITZ” yarışında ölkəmizi layiqincə təmsil etmiş idmançılarımız milli atçılığımızın inkişafını, bu idman növünün Vətəninin məhz Azərbaycan olmasını bir daha nümayiş etdirmiş və qürur mənbəyimiz olan üçrəngli bayrağımızı növbəti dəfə Avropa meydanlarında ucaldıblar.

Qarabağ atları üzərində süvarilərimizin böyük məharət və peşəkarlıqla etdikləri çıxışlar, rəqs ansamblının və musiqiçilərimizin unikal və təkrarolunmaz ifaları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb, milli mədəniyyətimizin, tariximizin, ənənələrimizin qədimliyinin və özünəməxsusluğunun ifadəsi olub.

Turnir çərçivəsində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilmiş “Azerbaijan – Take another look” pavilyonu tamaşaçıların və idmançıların böyük marağına səbəb olub.

İnform.az

Baxış sayı: 234