Dünya
30.01.2019 / 03:15

“Putin-Ərdoğan dostluğu Ermənistanı parçalaya bilər”- Erməni ekspert və tarixçilər

“Putin-Ərdoğan dostluğu Ermənistanı parçalaya bilər”-
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Türkiyə İdlibdə terrorçuluğun aradan qaldırlması üçün çox şey edir.

Bu barədə o, Moskvaya işgüzar səfər etmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra qeyd edib. Putin gərginliyin sonadək aradan qaldırılması istiqamətində bölgədə razılaşdırılmış fəaliyyətin əhəmiyyətini vurğulayıb və Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasında Ərdoğanın şəxsi əməyini yüksək qiymətləndirib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, ekspert Ruben Melkonyan bu münasibətlər kontekstində Ermənistanla bağlı mühüm məqamların olduğunu vurğulayıb. O qeyd edib ki, erməni-türk münasibətlərində daha çox keçmiş vəziyyət, yəni Türkiyə-Azərbaycan münasibətlərinə üstünülük veriləcək və Ermənistanla münasibətlərdə hiss edilən müsbət irəliləyiş qeydə alınmayacaq.

“Putin-Ərdoğan dostluğu Ermənistanı parçalaya bilər”-

“İllərdir Türkiyə, Ermənistanla sərhəddin açılması məsələsinin Qarabağla əlaqələndirilməsinə sadiq qalır. Yəni belə çıxır, geosiyasi dəyişikliklər və təzyiqlər onun mövqeyinin dəyişməsinə səbəb olmur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hətta Rusiya prezidenti ilə vaxtaşırı görüşlərdə Türkiyənin mövqeyi dəyişməz qalacaq.

“Artıq Türkiyə Ermənistana edə biləcəyini edib və iqtisadi blokadada saxlamaqda davam edir. Lakin bu o demək deyil ki, biz əl-ayağımızı qatlayıb oturmalıyıq ki, görək müxtəlif ölkələrin yaxınlaşması bizə hansı mənfi təsiri göstərə bilər”, - deyə o bildirib.

Erməni tarixçi Qaqik Hambaryan isə tarix boyu beynəlxalq ictimaiyyət tərəfindən təcrid edilərkən Rusiya ilə Türkiyənin yaxınlaşmasının baş verdiyini qeyd edib.

“Putin-Ərdoğan dostluğu Ermənistanı parçalaya bilər”-

O bildirib ki, 1921-ci ildə Türkiyə və bolşevik Rusiya beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmadığı bir vaxtda Atatürklə Lenin arasında yaxınlaşmadan başqa çıxış yolu qalmayıb. Həmin vaxtdan rus-türk dostluğunun əsası qoyulub.

Həmin dövrdə erməni tarixçinin sözlərinə görə, biri Qarsda və digəri Moskvada olmaqla Rusiya ilə Türkiyə arasında Ermənistanın öz aralarında bölüşdürülməsinə dair 2 müqavilə imzalanıb.

“Hazırda elə bir dövr yaranıb. Ərdoğan Türkiyəsi ilə Putin Rusiyası beynəlxalq ictimaiyyət tərəfindən təcrid edilir və nəticədə iki ölkə arasında yaxınlaşma baş verir. Rusiya və Türkiyə rəhbərlərinin vaxtaşırı görüşünün keçirilməsi Ermənistan tərəfini diqqətli olmağa təşviq etməlidir. Sabah yox, o biri gün Ermənistanın və erməni xalqının arxasında onun taleyini həll etməyə cəhd etməyəcəklərinə heç kim zəmanət verə bilməz. Buna görə də diqqətli olmaq lazımdır ki, həmin tələyə düşməyək”, - deyə Hambaryan təşvişini gizlədə bilməyib.



İnform.az

Baxış sayı: 74