Dünya
30.01.2019 / 03:00

İtkin düşmüş uşağı ayı xilas etdi

İtkin düşmüş uşağı ayı xilas etdi
Şimali Karolinanın polis əməkdaşları meşədə itkin düşmüş üç yaşlı Keysini iki gün axtarıblar.

Tapılanda isə uşaq bildirib ki, meşədə onu ayı qoruyub.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Oğlan iki gün kolluqda gizlənib. Hava şəraiti o qədər əlverişsiz olub ki, polis əməkdaşları axtarışları dayandırmağa məcbur olublar. Kreyven əyalətinin polis şefi Çip Hyuz mətbuata bildirib ki, uşaq onu iki gün soyuqdan qoruyan ayı haqqında danışıb.

Bildirilir ki, üç yaşlı Keysi digər uşaqlarla nənəsinin evinin arxa həyətində oynayıb və evə qayıtmayıb. Gecə havanın temperaturu mənfi 6 dərəcəyədək düşüb, güclü külək əsib və yağış yağıb. Xilasetmə əməliyyatının iştirakçıları Keysini sağ tapacaqlarına inanmayıblar.

Axtarışda yüzlərlə könüllü, helikopterlər və dronlar iştirak edib. Keysi tapılan zaman onun bədənində yüngül cızıqlar olub. O, su içmək istəyib və anasını axtarıb.


İnform.az

Baxış sayı: 94