Baş xəbər, İdman
30.01.2019 / 02:00

Həbib Nurmaqomedov 500 min dollar cərimələndi- SƏBƏB?

Həbib Nurmaqomedov  500 min dollar cərimələndi-
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurmaqomedovu və irlandiyalı Konor Makqreqoru cəzalandırıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb Las-Veqasda keçirilən UFC 229 turnirində Həbib Nurmaqomedovun irlandiyalı Konor Makqreqorla titul döyüşündən sonra dava salmasıdır.

Qərara əsasən Həbib Nurmaqomedov 9 ay, Konor Makqreqor isə 5 ay müddətində idman yarışlarında iştirakdan məhrum ediliblər.

Bundan əlavə, Həbib 500 min dollar, Konor isə 50 min dollar məbləğində cərimə olunub.

Xatırladaq ki, iki idmançı arasında döyüş oktyabrın 6-da olub. Həbib Nurmaqomedov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib.

İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Həbib Nurmaqomedova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub.

Eyni zamanda rinqdə rusiyalının mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.



İnform.az

Baxış sayı: 468