Din
30.01.2019 / 01:30

“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda tərbir keçirilib/ FOTO

“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda tərbir keçirilib/
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Kakalos kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara rayonunun Kakalos kəndində maarifləndirici tədbir keçirilib.

“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsininəməkdaşı Turan Həsənzadə, Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

İnform.az
-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışındadini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini vurğulayıb. Məzhəbayrı-seçkiliyinin müsəlman ölkələrində törətdiyi fəsadları qeyd edən T.Həsənzadə dini radikalizmə qarşı ölkədə həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Kakalos kənd məscidi dini icmasının üzvü Cəmil Hüseynovölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini icmaların həmrəylik, birlik şəraitində fəaliyyət göstərdiyini qeyd edib.

Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev və digərləri çıxışlarında keçirilən maarifləndirici tədbirlərin ölkəmizdə olan həmrəylik və tolerantlığı daha da gücləndirdiyini və belə tədbirlərin davamlı olmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda tərbir keçirilib/


“Gənclərimizi radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda tərbir keçirilib/




İnform.az

Baxış sayı: 274