İdman
29.01.2019 / 13:00

Stolüstü tennis üzrə növbəti seminar keçirilib/ FOTO

Stolüstü tennis üzrə növbəti seminar keçirilib/
Stolüstü tennis üzrə yığma komandamızın idmançıları və məşqçilər üçün praktik seminar keçirilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən seminara beynəlxalq dərəcəli məşqçi Lui Yanjun rəhbərlik edib.

İnform.az Federasiyanın Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, seminarın ilk günündə 2006-2008-ci il və 2008 və daha kiçik təvəllüdlü idmançılar, yığma komanda üzvləri ilə praktiki məşqlər keçirilib, ən perspektivli idmançıların inkişafı istiqamətində onların məşqçilərinə fərdi məsləhətlər bildirilib.

Seminarın sonuncu günündə federasiya ilə müqaviləsi olan məşqçilərə azyaşlı idmançılarla işləmək üçün yeni məşq üsulları göstərilib.

Qeyd edək ki, hər kvartalın sonunda məşqçi Lui Yanjunun iştirakı ilə seminarın təkrar keçirilməsi qərara alınıb.

Stolüstü tennis üzrə növbəti seminar keçirilib/


Stolüstü tennis üzrə növbəti seminar keçirilib/


Stolüstü tennis üzrə növbəti seminar keçirilib/


Stolüstü tennis üzrə növbəti seminar keçirilib/




İnform.az





Baxış sayı: 279