Din
29.01.2019 / 12:05

"İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşür"- Nərminə Mahmudova/Foto

"İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşür"-
Lənkəran rayonu Göyşaban kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Göyşaban kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbə əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Göyşaban kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yusif Xamıyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

İnform.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərindən danışıb.

Q.Məmmədov həmçinin ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında hökm sürən vəhdəti vurğulayıb.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova çıxışında İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.

Dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verən Natiq milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib.

Lənkəran ŞİH başçısının Göyşaban kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Yusif Xamıyev və digərləriçıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşür"-


"İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların üzərinə mühüm vəzifələr düşür"-




İnform.az

Baxış sayı: 462