Baş xəbər, Hərbi
29.01.2019 / 11:15

Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/ FOTO

Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilir.

İnform.az ordu.az-ın məlumatına istinadən bildirir ki, qurumun rəsmiləri Tovuz rayon icra hakimiyyəti ilə görüşdən sonra monitorinq üçün Tovuz rayonunun Hacallı kəndi istiqamətində təmas xəttinə yola düşüblər.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirirlər. Ermənistan tərəfindən isə monitorinq şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster tərəfindən həyata keçirilir.

Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/


Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/


Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/


Sərhədin Tovuz istiqamətində monitorinq keçirilir/




İnform.az

Baxış sayı: 228