Hüquq
29.01.2019 / 11:35

Polis istirahət vaxtında soyğunçunu yaxaladı

Polis istirahət vaxtında soyğunçunu yaxaladı  Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb.

13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



İnform.az

Baxış sayı: 227