Baş xəbər, Sosial
29.01.2019 / 11:00

Sahil Babayev vətəndaş qəbul keçirəcək- Neftçalada

Sahil Babayev  vətəndaş qəbul keçirəcək-Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulufevralın 8-nə təyin olunub.

Qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinləri iştriak edəcəklər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.




İnform.az






Baxış sayı: 245