Türk dünyası, Elm-təhsil
29.01.2019 / 10:40

ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/ FOTO

ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, bağçılıq kafedrasının dosent əvəzi Fəqan Ağayev, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi aparatının təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov 27-29 Yanvar 2019-cu il tarixlərində Türkiyə Respublikasının İzmir şəhərində yerləşən, 1955-ci ildən fəaliyyət göstərən Ege Universitetində səfərdə olublar.

Bu səfərdə ADAU əməkdaşları ilə yanaşı Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı da ikili diplom çərçivəsində Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, prorektorlar, fakültə dekanları ilə görüşdə iştirak edib, və ikili diplomların verilməsi ilə bağlı müzakirələr aparıblar.

Sonra qonaqlar universitetin müvafiq fakültələrinin tədris proqramları, tədris və tədqiqat metodları, maddi-texniki bazası ilə tanış olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Hər iki tərəf bu əməkdaşlığın qurulmasında və davamlı olmasında maraqlı olduqlarını nümayiş etdiriblər.

Görüşlərin təşkilində və keçirilməsində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova əməli köməklik göstərib.

ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/


ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/


ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/


ADAU-nun rektoru Türkiyənin Ege Universitetində işgüzar səfərdədir/




İnform.az



Baxış sayı: 328