Hərbi
29.01.2019 / 10:30

1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub Xızıda

1 ədəd 100 mm-lik top mərmisi (BK-3) aşkar olunub2019-cu il 28 Yanvar tarixində saat 13:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xızı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "Giləzi Quşçuluq fabriki"-nin yaxınlığına baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan)100 mm-lik top mərmisi (BK-3) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 3,000 kv.m əraziyə yerüstü, 2.000 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



İnform.az

Baxış sayı: 224