Baş xəbər, Sosial
29.01.2019 / 10:05

Bu yollarda sürət həddii endirildi- SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ!

Bu yollarda sürət həddii endirildi-Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

BNA-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.







İnform.az

Baxış sayı: 218