Baş xəbər, İdman
28.01.2019 / 20:40

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı

Azərbaycanlı paralimpiyaçı haqqında film beynəlxalq festivala çıxdı
Azərbaycanlı paralimpiyaçı haqqında çəkilmiş film beynəlxalq festivalın proqramına düşüb.

Respublika Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, müəllifi Mariya İbrahimova olan "Uçmaq istəyirəm" (I wanttofly) filmi "İtaliya-Azərbaycan" beynəlxalq film festivalında nümayiş olunub.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın qala gecəsi baş tutacaq. Qala gecəsində festivalın qalibləri elan olunacaq.

Filmin qəhrəmanı yol qəzası nəticəsində onurğa zədəsi almış və o gündən etibarən əlil arabası istifadəçisi olan Kamal Məmmədovdur. Qəzadan sonra o yataq xəstəsi olsa da, sınmayıb.

Əzmkarlığı, iradəsi və ailəsinin dəstəyi ilə yaşamağa və yeni uğurlar qazanmağa davam edib.

Kamal Məmmədov öz fəaliyyəti ilə cəmiyyətə fayda verməkdə davam edir. O hazırda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin baş katibidir.

Layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.




İnform.az

Baxış sayı: 335