Dünya
28.01.2019 / 15:15

"Qarabağ yalnız Azərbaycanın tərkibində yüksək status ala bilər..."- Stepan Danielyan

"Qarabağ yalnız Azərbaycanın tərkibində yüksək status ala bilər..."-"İlk baxışdan elə gəlir ki, Qarabağ məsələsində davam edən danışıqlarda hər hansısa gizli məqam var. Əslində hər şey kifayət qədər şəffafdır və bu şəffaflığı Azərbaycan tərəfi təmin edir".

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində qeyd edib.

Politoloqun həmin fikirlərini sizə təqdim edirik:

"Əliyev və onların Xarici İşlər nazirlikləri öz mövqelərini rəsmi bəyanatlar vasitəsilə dəqiq qeyd edirlər. Bu bəyanatlarla beynəlxalq ictimaiyyəti və Ermənistan hakimiyyətini öz rəsmi mövqeləri ilə məlumatlandırırlar - Qarabağ yalnız Azərbaycanın tərkibində yüksək status ala bilər.

Yəqin ki, Bakı-Qars dəmiryolu xəttindən yararlanmağı nəzərdə tutaraq Ermənistanın kommunikasiya mühasirəsindən çıxacağını, eyni zamanda Türkiyə ilə sərhəddin açılması, gələcəkdə isə Türkiyənin dəniz limanlarından istifadə edilməsi nəzərdə tutulur. Həm də ərazilərin güzəştə gedilməsi qarşılığında müəyyən maliyyə kompensasiyası da veriləcək. Həmçinin azərbaycanlıların Qarabağa qaytarılması da daxil olmaqla Azərbaycanın şərtləri bundan ibarətdir.

Ermənistana gəldikdə isə yalnız Mnatsakanyanın Qarabağ əhalisinin təhlükəsizliyi haqqında bəyanatı var. Yəni ilkin şərt olaraq, müstəqillik səviyyəsi təhlükəsizlik səviyyəsinədək endirilir. O cümlədən, Paşinyan tərəfindən Qarabağ əhalisi öz taleyini həll edəcək, deyə bəyanat verilməsi, artıq Qarabağ əhalisinin keçirdiyi və müstəqilliyini həll etdiyi referendum (qondarma-red.) şübhə altına alınır.

Digər tərəfdən gələcəkdə Azərbaycanla danışıqlarda özü üçün manevr şəraiti yaratmağa çalışır. Eyni zamanda Ermənistan tərəfinin Azərbaycanın təkliflərinə ciddi yanaşmalı olması ilə bağlı Lavrovun sözlərini də xatırlamalıyıq. Həmçinin, ABŞ-ın sabiq səfirinin son sözləri də mövcuddur. O qeyd edib ki, ərazilər güzəştə gedilməlidir. Eyni zamanda Boltonun Paşinyana onun uğurunun sirri nədir, deyə sualı olmuşdu, lakin Paşinyan bu suala cavab verməyib. Hazırda bizim əlimizdə olan məlumatlar bunlardır. Qalan suallara Nikol Paşinyan canlı yayımlarda deyil, jurnalistlərin onu sorğu-suala çəkə biləcəyi mətbuat konfranslarında cavab verməlidir".



İnform.az

Baxış sayı: 233