Hüquq
28.01.2019 / 14:00

Yasamal rayonunda cibgirlik edən şəxs saxlanılıb

Yasamal rayonunda cibgirlik  edən şəxs saxlanılıbYasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edən paytaxt sakini olan bir qadın Ə.Əhmədov küçəsi 8 ünvanında yerləşən paltar mağazasının qarşısında tanımadığı şəxsin onun içərisində 1800 manat olan əl çantasını oğurladığı barədə məlumat verib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-verilən məlumata görə, Yasamal RPİ və 29-cu PŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Emin Məmmədov saxlanılıb.

Onun ətrafında aparılan tədbirlər zamanı paytaxt sakinləri Şamxal Zülfüqarovun cibindən 983 manat, Bəhruz Qasımovun cibindən 1130 manat və daha bir qadının çantasından isə 440 manat oğurladığı məlum olub.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Polis əməkdaşları E.Məmmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər.
Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Yasamal RPİ və 29-cu PŞ-nə müraciət edə bilərlər.



İnform.az


Baxış sayı: 167