Hüquq
28.01.2019 / 12:30

Polis oğruları yaxaladı

Polis oğruları yaxaladıSabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın yanvarın 25-də Bakıxanov qəsəbəsi ərazisində xətt avtobuslarının birində mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

XXXXXX

Yanvarın 26-da metronun “28 May” stansiyasının yaxınlığındakı taksofonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırmalarla onun Gəncə şəhər sakini R.Əhmədov olduğu müəyyən edilib.




İnform.az

Baxış sayı: 156