Baş xəbər, İdman
28.01.2019 / 12:20

Azərbaycanın “Land of Fire” komandası turnirdə 3-cü oldu/ FOTO

Azərbaycanın “Land of Fire” komandası turnirdə 3-cü oldu/
Yanvar ayının 26-da və 27-də İsveçrənin Sankt Moritz şəhə-rində keçirilən ənənəvi qış polosu üzrə “SNOW POLO WORLD CUP ST.MORITZ” dünya kuboku turnirinin həlledici oyunları keçirilib.

Respublika Atçılıq Federasiyasının Mətbuat mərkəzindən İnform.az-a verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizi bu turnirdə təmsil edən “Land of Fire” komandası turnirdə keçirdiyi üç oyundan ikisində qalib gələrək, son oyunda turnirin 13 qat çempionu “Cartier” komandası ilə növbəti dəfə qarşılaşmış, 5:0 hesabı ilə qalib gələrək turnirin 3-cüsü olub.

Bununla da komandamız Avropa polo meydanlarında Azərbaycan idmançılarının qələbə müjdəli möhtəşəm çıxışlarını davam etdirmiş və milli atçılıq idmanı tarixinə növbəti töhfəsini verib.

Belə ki, 27 yanvar tarixində 3-cü yer uğrunda oyunda “Land of Fire” komandası hələ bir neçə gün öncə turnirin şərtsiz favoriti sayılan “Cartier” komandası ilə ikinci dəfə qarşılaşıb.

İdmançılarımızın düzgün taktiki komanda oyunu və konkret epizodlarda nümayiş etdirdikləri fərdi məharət nümunələri tamaşaçıların zövqünü oxşaysn, rəqib komandanın qapısına 5 cavabsız top vurulub, qolların hər biri aparıcı tərəfindən “Evləri var xana-xana” xalq mahnısının sədaları ilə qeyd olunub.

Oyun 5:0 hesablı qələbəmiz ilə başa çatıb və Azərbaycanın “Land of Fire” komandası turnirdə 3-cü yeri tutub.

İsveçrənin ən məşhur qış kurortlarından biri olan Sankt Moritz şəhərində ənənəvi olaraq 35-ci dəfə təşkil olunan bu dünya kuboku turniri həm də milli mədəniyyətimizin, qədim tariximizin və müasir inkişafımızın təbliği, ölkəmizin turizm potensialının tanıdılması üçün də xüsusilə əlamətdar olub.

Azərbaycan Respublikasının əməkdar məşqçisi Azər Həmzəyevin və əməkdar artist, xoreoqraf Nailə Məmmədzadənin rəhbərliyi altında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin və rəqs ansamblının ifasında əməkdar artist Nicat Kazımovun quru¬luş verdiyi “Odlar Yurdu – Azərbaycan” adlı şou-kompozisiya turnir boyu hər gün tamaşaçıların diqqətinə təqdim olunub, Qarabağ atları üzərində süvarilərimizin inanılmaz və möhtəşəm çıxışları, rəqqaslarımızın heyranedici rəqsləri böyük çoşqu ilə qarşılanıb.

Turnir çərçivəsində Azərbaycan pavilyonu da tamaçıların və idmançıların böyük marağına səbəb olmuş, pavilyonda yarış iştirakçıları və çoxsaylı qonaqlar Azərbaycanın atçılıq ənənələri, qədim tarixi, milli mədəniyyəti və qonaqpərvərliyi ilə tanış olublar.

Tanınmış mədəniyyət xadimi Yaşar Baxışın rəhbərliyi altında musiqiçilərimizin ifasında həzin milli musiqi nümunələri, populyar klassik melo¬diyalar ilə Azərbaycan musiqisinin sintezindən ibarət olan unikal əsərlər ziya¬rətçilərin xüsusi marağına səbəb olub.

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən təşkil edilən “Azerbaijan – Take another look” pavilyonunda ziyarətçilərin ölkəmizi canlı izləməyi üçün unikal imkan yara¬-dılmışdır. Belə ki, VR texnologiyası sayəsində hər kəs Azər-baycanın gözəlliyi ilə tanış olmaq fürsəti əldə etmişdir.

Lahıc misgərliyi və Şəki şəbəkə sənətkarlığı nümunələri, xalçalar, caz üslubunda milli musiqi fonunda Azərbaycanı əks etdirən fotolardan ibarət sərgi qonaqların diqqətini cəlb etmişdir.

Pavilyon qarşısında rəqs ansamblının ifasında milli rəqslərimiz böyük diqqətə səbəb olub, tamaşaçılar rəqqaslarımızla birgə yallı gedərək rəqs ediblər.

Pavilyonu ziyarət edən hər kəsə Azərbaycan barədə yeni çap olunan broşürlər təqdim edilib.

İnform.az

Baxış sayı: 237