Elm-təhsil
28.01.2019 / 11:45

Azərbaycanlı alim AMEA Botanika İnstitutunun qonağı olub

Azərbaycanlı alim AMEA Botanika İnstitutunun qonağı olub
Recep Tayyip Ərdoğan Universitetinin (Türkiyə)professoru, b.ü.e.d. Vaqif Hətəmov AMEA Botanika İnstitutunun qonağı olub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, yüksək ixtisaslı professor V. Hətəmov əmək fəaliyyətinə Botanika İnstitutunda başlayıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək perspektivli bir alim kimi formalaşıb.

O, 1978-1998-ci illər ərzində burada çalışmış və İnstitutun fəal tədqiqatçılarından biri kimi özünü göstərmişdir.Sonralar elmi tədqiqatlarını Turkiyə Respublikasında davam etdirən həmkarımız doğma Botanika İnstitutu ilə əlaqəsini kəsməmiş, kadr hazırlığında iştirak edib.

İnstitutun direktoru, akademik Validə Əlizadə, elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Eldar Novruzov, Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva və Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə qonağa İnstitutun müasir elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, keçirilən tədbirlər barədə ətraflı məlumat verilib və İnstitutun elmi fəaliyyətində,birgə layihələrində iştirak etməyə dəvət olunub.

Həmçinin,Azərbaycan Botaniklər Cəmiyyətiictimayi birliyinin son zamanlar fəaliyyətinin bərpası, qarşıya qoyulmuş hədəflər, xaricdə yaşayan botanik həmvətənlərimizin birliyin fəaliyyətinə cəlb edilməsi, qarşılıqlı görüləcək işlər geniş müzakirə edilib.

Botanika İnstitutunun herbari və laboratoriyaları ilə tanışlıqdan sonra görülən işləriyüksək qiymətləndirənprof. V.Hətəmov qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün geniş imkanların yaradıldığını vurğulayıb.



İnform.az

Baxış sayı: 213