Hüquq
28.01.2019 / 10:55

Maşın oğrusu yaxalandı

Maşın oğrusu yaxalandıYanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən İnform.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




İnform.az

Baxış sayı: 155