Türk dünyası
28.01.2019 / 10:50

“Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli” və “Türk Təsəvvüf Musiqisi Konserti”

“Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli” və “Türk Təsəvvüf Musiqisi Konserti”Bakı Yunus Emre İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə əməkdaşlığı ilə 28-29 yanvar 2019-cu il tarixləri arasında Bakı və Şamaxı şəhərlərində “Təsəvvüf Ənənəsi daxilində Seyid Yəhya Şirvani Bakuvi Paneli” və “Türk Təsəvvüf Musiqisi Konserti” proqramları həyata keçiriləcək.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat müşavirliyindən İnform.az-a verilən məlumata görə, Türk təsəvvüf qavramının bəsləndiyi ən önəmli qaynaqlarından biri olan Əhməd Yasəvinin təsiri tarix boyunca bütün Türk coğrafiyasında özünü göstərib.

Azərbaycanda yetişmiş və sadəcə Qafqazda deyil; İran, İraq və Anadoluda da tanınmış olan Şex Seyid Yəhya Şirvaninin həyatı əsas götürülərək Türk təsəvvüf ənənəsi haqqında bir panel həyata keçirilməsi planlaşdırılmışdır. Paneldə Dr. Mustafa Tatçı, Ömer Tuğrul İnançer, Prof. Dr. Metin İzeti, Ümit Akdemir, i.f.d Aqil Şirinov, i. f.d. Əhməd Niyazov kimi təsəvvüf sahəsində ixtisaslaşmış və əsər sahibi olan elm xadimləri və mütəxəssislər çıxış edəcəklər.

Panel çərçivəsində Türk Təsəvvüf Musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupu tərəfindən Bakıda və Şamaxıda Türk Təsəvvüf Musiqisi konsert proqramları təşkil olunacaqdır.

Tarix: 28 yanvar 2019 / Bakı şəhəri
Panel – Azərbaycan Dillər Universiteti, saat: 15:00
Konsert – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, saat 19:00


***

Tarix: 29 yanvar 2019 / Şamaxı şəhəri
Panel / Konsert: Şamaxı rayonu Təhsil və Mədəniyyət Mərkəzi
Panel – saat 14:00 / Konsert: 17:00




İnform.az

Baxış sayı: 273