Dünya
28.01.2019 / 10:30

Manila körfəzində təmizlik kampaniyasına başlanılıb

Manila körfəzində təmizlik kampaniyasına başlanılıb
Filippin hökuməti Manila körfəzinin təmizlənməsi məqsədilə tullantıların dənizə atılmasının qarşısının alınması ilə əlaqədar kampaniyaya başlayıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, Filippin Ətraf Mühitin Mühafizəsi Nazirliyi hər gün Manila körfəzinə qeyri-qanuni olaraq 1500 ton tullantı atıldığını bildirib.

Hakimiyyət orqanları insanlara körfəzdə çimməyin təhlükəli olması barədə xəbərdarlıq edir. Buradakı sularda bağırsaq çöpünün miqdarı onun maksimal icazə səviyyəsini 3 dəfədən çox üstələyir.

Filippin Prezidenti Rodriqo Duterte 2016-cı ildə hakimiyyətə gəldikdən sonra ətraf mühitin mühafizəsi ilə bağlı kəskin mövqe nümayiş etdirir.



İnform.az

Baxış sayı: 216