Ədəbiyyat
28.01.2019 / 12:00

Xəyallarımın qadını

Xəyallarımın qadını
Xalidə Xalid


HEKAYƏ


Əvvəli burada:
http://inform.az/index.php?newsid=38205

Səlma bir müddət duruxub qaldı. Sonra sakitcə maşına oturdu. Kənan maşının sürətini artırdı.
Səlma sanki yuxudan ayıldı. Kənanın gözünü sanki qan tutmuşdu.
- Sürəti azalt, mən qorxuram, - deyən Səlmanı eşitmirdi.
- Kənan, Kənan, qurban olum, yavaş!
Kənansa onu eşitmir, sürəti daha da artırırdı. Səlma qorxurdu, çünki bir neçə dəfə maşın qəzası keçirmişdi. Sürətə qarşı içində qəribə qorxu var idi. Kənanın onunla bağlı bilmədiyi tək şey bu idi. Az keçmədi ki, maşın dayandı. Kənan aşağı enib onun oturduğu tərəfə keçib qapını hirslə açaraq:
- Buyurun, xanım, düşə bilərsiniz, -deyib kənara çəkildi.
Səlma özünü itirdi:
- Kənan, sən, sə…nə nə oldu?-deyə kəkələməyə başladı.
- O sualı mənə yox, özünə ver, xanım. Get otur, yaxşıca düşün, gör yaxşımı hərəkət edirsən? Hər kəsin bir keçmişi, hər kəsin də keçmişdə yaşadığı dəli bir sevdası olub, buna görəmi mənim də, özünün də həyatını qaraldırsan? Olsun əgər belədirsə, get, o sən, o da sənin unuda bilmədiyin Nihadın. İndi isə rica edirəm, düş, yorulmuşam çıxım gedim.
Səlma maşından endi və ayaqları yer tutmadığından yerə çökdü. “sənin Nihadın”… Kənan Nihadı hardan tanıyırdı? Bu adam kim idi axı?
- Of, dəli olacam, -deyib qalxmaq istəsə də, qalxa bilmədi.
Kənansa heç nə olmamış kimi maşına oturub sürətlə oradan uzaqlaşdı. Səlma hər şeyin alt-üst olduğunu düşünüb daha ucadan hönkürməyə başladı. Yerə, torpağın üstünə çöküb, əlləriylə üzünü qapadı. Bir müddət beləcə durdu. “Bitdi, hər şeyi məhv etdim. Mənim bundan sonra yaşamağa haqqım yoxdu, mən kimə lazımam, daha yaşam yoxdur mənə”, - deyib zorla ayağa qalxdı...
Ayaqlarını zorla çəkərək taksi dayanacağına sarı yollandı. Gecənin qaranlığındakı müdhiş səssizlik daha onu qorxutmurdu. Uzaqdan maşın gəldiyini hiss etdi. Taksi idi. Maşın ona yaxınlaşıb durdu.
- Xanım, taksi lazımdırmi?-deyə soruşdu.
Səlma zorla eşidiləcək tərzdə:
- Bəli, bulvara apararsınızmı?
- Əlbəttə, niyə də yox?
Səlma maşına oturdu. Sürücü:
- Bacı, heç xoşuma gəlmirsiz, necə yardımçı ola bilərəm, hə? Gecənin bu saatında təkbaşına bulvara niyə gedirsiniz?
Səlma cavab vermədi. Sürücü artıq sual verdiyinin fərqinə vardı, susdu. Gözlərini yumdu. Radioda onun acısını daha da acıdan Sofya Soymanın “Gitme” mahnısının maşına hakim kəsilməsiydi, uyuyardı bəlkə də… Həzin-həzin ağlayırdı.
- Xanım, çatdıq.
Sürücünün səsi onu ayıltdı. Sürücünün pulunu ödəyib düşdü. Asta addımlarla ən ağır, acı günlərində dərdini dalğalarla bölüşmək üçün gəldiyi “Sadko”ya sarı irəlilədi. Artıq bu fani, ona acılar yaşatmaqdan zövq alan dünya ilə vidalaşmağa qərar vermişdi. Artıq bu olaydan sonra yaşamaqda heç bir məna görmürdü. “Sadko” sevgililərin məkanı idi. Səlma üçün isə bura Azərbaycanın mərhum şairlərdən birinin qızının intiharından sonra insanın özünü edam etdiyi ölüm guşəsi idi.

Xəyallarımın qadını

Artıq bu guşədə onun da edam hökmü veriləcəkdi. Hər zaman oturduğu yerə çatdı. Telefonundakı mahnıların arasından Eyyub Yaqubovun “Mənə dəniz verin” parçasını tapıb dinləməyə başaladı:
“Hə, mənim dərd ortağım, mavi gözlü, artıq sənə gəldim. Daha səndən ayrı qalmayacağam, sən mənim həyatımın, acı günlərimin şahidisən. Dəfələrlə sənə qovuşmaq istəsəm də, hansı qüvvəsə mane olub. Artıq bu vüsala heç bir qüvvə mane ola bilməyəcək.
Sözünü bitirib körpünün baş tərəfindəki son sütuna sarı addımladı. Çatdı…, amma…, amma qəflətən onu qucaqlayan qollar məngənə kimi Səlmanı sıxdı.
- Ömrüm, göz bəbəyi, sən nə edirsən? Bu qədərmi eqoistsən?
Səs onun səsi idi, Kənanın. Səlma ona təzyiq göstərmək istəsə də, gücü yetmədi.
- Ömrüm, sən nə edirsən, nədir bu ağılsız hərəkətin, cavab ver.
Kənan Səlmanı sinəsinə daha möhkəm sıxaraq danışırdı.
- Yaşamaq istəmirəm, bəsdir daha, bundan sonra niyə yaşayım, kiminçün yaşayım?
- Dəlisən, dəli. Necə kiminçün, özünçün, mənimçün. Hələ bizi gözləyən xoş günlərimizçün. Səlma isə:
- Yox, Kənan, yox. Daha üzünə baxa bilmirəm, bundan sonra biz birlikdə ola bilmərik.
- Bəsdir, nə olubsa, məndən əvvəl olub. Hər kəsin həyatında unudulmaz sevgi yaşanır. Hər kəs nakam sevgisi xatirələrindən ayrılmaya bilər. O zaman hamı intiharamı qaçmalıdır? Olmaz, olmaz, sultanım. Sən nə düşündün, Kənan məni bu gecə vaxtı tək qoydusa, demək hər şey bitdi? Mən eləmi vicdansız oldum ki, heç sevdiyim olmasın, nifrət etdiyim biri olsa belə mən onu gecə vaxtı yolun ortasında tək buraxmaram. O ki qaldı sən olasan. Mən getməmişdim, maşını kənarda saxlayıb səni izləyirdim. Taksini də mən yollamışdım, çünki bu saatda taksi o tərəflərə az-az gəlir.
Səlma qeyri-ixtiyari Kənanı qucaqladı, başını sinəsinə sıxdı.
- Məni bağışla, Kənan. Hər şeyə görə; keçmişə, bu gün sənə yaşatdıqlarıma, hər şeyə görə.
- Bəsdir, unuduruq hər şeyi, gedirik evimizə. Oldumu çiçəyim?
- Oldu, gözümün nuru, - Səlma pıçıldadı.
- İlahi, mən bundan sonra ölsəm belə rahat ölərəm, sən mənə nə dedin, gözümün nuru?
Səlma utandı. Cavab verə bilmədi. Bir anlıq susdu və qəfildən Türkiyə türkcəsində:
- Hadi, koşallımmı odamıza doğru? -deyib Kənanı öpdü.
- Koşalım, dəniz gözlüm, sənlə bərabərkən dünyanın sonuna bilə koşarım, - deyə Kənan da eyni türkcədə cavb verdi.
Hər ikisi çox xoşbəxt görünürdü. Kənardan baxan olsaydı, həsəddən bəlkə ürəyi dayanardı
Xoşbəxt cütlük qolboyun olub üzü Xalça Muzeyinə sarı addımlamağa başladı:
- Ömrüm, maşını aparmıyıblarsa, burada olmalıdır, - deyə Kənan qımışdı.
Maşın yerində idi. Kənan Səlmanı öpüb:
- Həyatımın mənası, səni nə qədər sevdiyimi bir bilsən, - deyə pıçıldadı və "buyur gülüm", - deyib maşının qapısını açdı.
Səlam gülümsəyərək:
- Sağ olun, Kənan bəy, - deyib oturdu. Kənan sükanın arxasına keçib:
- Dəniz gözlüm, bundan sonra keçmişi xatırlamaq yox, yalnız xoş günlərə doğru addımlamalı, oldumu?
- Oldu, cənab general.
- Paho, general da olduq, hə, indi isə bizim sözlərimizi dilə gətirəcək görək nə var burda ,Səlma xanım, -deyib radionu açdı və:
“Dunyada nə qədər sərhəd görmüşəm,
Görüşlər, nidalar unudulmayıb...
Gəzir ölkələri nəğməm dünyada,
Dünyanın xoşbəxti mənəm dünyada…”
Zeynəb xanımın ifasında səslənən bu mahnı maşını qoynuna aldı.
- Səlma, -Kənan ona sarı çevrilərək, - məni sevəcəksənmi?-deyə soruşdu.
Səlma bir müddət susub:
- Səni sevmədiyimi hardan bilirsən, həyatım, - deyib Kənanın üzündən öpdü.
Kənan özünü itirərək maşını kənara verib saxladı. Səlmaya sarı çevrilərək:
- Nə dedin? Mən yanlışmı eşitdim? Məni gerçəkdən sevirsən?
- Sevirəm, Kənan, sevirəm, səndən öncə mən səni sevirəm. Artıq iki ilə yaxındı sənsiz sənli bir ömür yaşayıram. Amma etiraf etməyə gücüm yetmirdi, utanırdım, yanlış anlarsan deyə.
Kənan donmuşdu, nə deyəcəyini bilmirdi. Gözləri dolmuşdu, inana bilmirdi. Demək hissiyatı onu aldatmamışdı. Səlma da ona biganə deyilmiş:
- Dəniz gözlüm, məni dünyanın ən xoşbəxt kişisi etdin desəm, şübhən olmasın. Mən çox, çox xoşbəxtəm, kimsənin hiss etmək iqtidarında olmadığı qədər xoşbəxt. Sağ ol, gülüm, bu sevinci mənə yaşatdığın üçün çox sağ ol.
O, Səlmanı dəlicəsinə öpməyə başladı.

Xəyallarımın qadını

- Yaxşı, bəsdir, ömrüm, dəlilik eləmə, sakit ol, sakit ol, -deyib Kənanı astaca özündən ayırdı.
- Sür gedək evə, yorulmuşam.
Kənan maşını hərəkətə gətirdi.


Ardı var...

Baxış sayı: 352