İdman
28.01.2019 / 03:00

Niderlandda keçirilən turnirin qalibi KİM OLDU?

Niderlandda keçirilən turnirin qalibi
Niderlandda keçirilən ənənəvi “Tata Steel Masters-2019” turniri başa çatıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsen turnirin qalibi olub.

O, turniri 9 xalla başa vurub.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov isə son turda rusiyalı şahmatçılarla qarşılaşıblar. Ş. Məmmədyarov Vladimir Fedoseyev, Teymur Rəcəbov isə Yan Nepomnyaşi ilə üzə-üzə gəlib. Qarşılaşmalar heç-heçə başa çatıb.

T. Rəcəbov turniri 6,5, Ş. Məmmədyarov isə 5 xalla başa vurub.



İnform.az

Baxış sayı: 168