Maraqlı
28.01.2019 / 03:30

Olanlardan, keçənlərdən...

Olanlardan, keçənlərdən...
Sovet terapiya və kardiologiya məktəbinin banilərindən biri olan görkəmli alim, professor A.L.Myasnikov həkimlikdə tərəfkeşlik, laqeyidlik, intizamsızlıq halalrına aqarşı çox ciddi, tələbkar və barışmaz olub.

Bir dəfə o Tibb İnstitutunda təhsil alan oğlunun intizamı pozduğunu eşidən kimi təcili rektorun yanına gedib onun institutdan qovulmasını inadla tələb edərək deyib:

"Belə tələbəni Tibb İnstitutunda lamaq olmaz, intizamsız, peşəsini bilməyən həkimin kimə xeyri var? belələrinə insan həyatını etibar etmək olmaz. Xahiş edirəm əmrini verin."



Olanlardan, keçənlərdən...
Təzəcə səhnəyə gələn, lakin özünü istedadlı faciə aktyoru hesab edən bir nəfər, məşhur sənətkar N.Rıbakovdan xahiş edir ki, "Otello" tamaşasında onun oynamasına baxsın.

Tamaşadan sonra həmin şəxs Rıbakova yaxınlaşaraq soruşur:

-Hə necə idi, Dezdemonanı yaxşı öldürdüm?

Məşhur faciə aktyoru N.Ribakov belə cavab verir:

-Dezdamonanı yaxşı öldürdün, amma Şekspiri ondan da yaxşı öldürdün...




Olanlardan, keçənlərdən...Uşaq həkimi N.F.Filatov ehtiraslı şahmat həvəskarı olub.

O, bir gün dostlarına belə bir əhvalat danışır:

"Mən xəstəni müayinə edib getmək istəyəndə 13 yaşlı bir gimnazistin öz-özü ilə şahmat oynadığını gördüm.Ona müraciət edib dedim ki, gəlsənə bir dəfə oynayaq.

Mən fikirləşdim ki,onu bir neçə dəqiqəyə udaram. O isə məni tezliklə mat elədi. Ertəsi gün bu hadisə təkrar olundu, yenə də uduzdum.

Üçüncü gün var qüvvəmlə oynayıb necə olursa olsun, onu udmağa çalışdım. Lakin bu dəfə də uduzdum.

Həmin gimnazist sonralar dünya çempionu olan Alyoxin idi."





İnform.az

Baxış sayı: 121