Texnologiya
28.01.2019 / 02:00

“Maserati” 4336 avtomobili geri çağırır

“Maserati” 4336 avtomobili geri çağırır
İtaliyanın lüks avtomobil istehsalçısı “Maserati” Çin bazarında satdığı 4336 nəqliyyat vasitəsini yanacaq borularındakı qüsurlara görə geri çağırmağa başlayıb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Bildirilir ki, geri çağırılan avtomobillər 2013-2017-ci illərdə istehsal olunmuş “Quattroporte” və 2013-2015-ci illərdə buraxılan “Ghibli” modelləridir.

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin yanacaq borularındakı qüsurların alışma ilə nəticələnə biləcək benzin sızmasına səbəb olacağını düşünürlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.



İnform.a

Baxış sayı: 150