Sosial
28.01.2019 / 02:30

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır/ FOTO

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır/
Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyasının missiyası tərəfindən ekspert dəstəyi də göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkəmizdə səfərdə olan missiyası (layihə üzrə menecer Lili Begiaşvilli vəekspertlər Yan Travers, Florentin Blan, Qedryus Kadziauskas, layihə üzrə məsləhətçi Sabit Abdullayev) ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazirlik tərəfindən aparılan islahatların mühüm bir istiqamətinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təkmilləşdirilməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqinə yönəldiyini deyib.

Nazir müavini bildirib ki, bu sahədə diqqətdə dayanan məsələlərdən birinin də risk əsaslı yoxlamalar üzrə institisional potensialın, müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılmasıdır.

M.KərimliBMK ilə qeyd olunan istiqamətdə əməkdaşlığın, həmçinin bu əməkdaşlığın davamı kimi, BMK-nın ekspert qrupu ilə nazirliyin aidiyyəti qurumları, o cümlədən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları arasında keçirilən görüşlərin önəmini diqqətə çatdırıb.

O bildirib ki, riskə əsaslanan yoxlamalar sahəsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi, müvafiq normativ-hüquqi bazanın hazırlanması üçün müzakirələrin aparılması və təkliflərin bildirilməsi baxımından həmin görüşlər faydalı olub.

BMK-nın nümayəndələri ölkəmizin əmək müfəttişliyi sistemində aparılan islahatlardan bəhs edib, bu islahatlar prosesində birgə əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər.

Görüşdə risklərin qiymətləndirilməsi prinsipi üzrə yoxlamaların hüquqi çərçivəsinin yaradılması və qabaqcıl beynəlxalq təcrübə əsasında praktik mexanizmlərinin qurulması üçün müvafiq iş planı üzrə aparılan işlər və birgə fəaliyyət müstəvisində qarşıda duran vəzifələrmüzakirə olunub.

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır/


Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətində risk əsaslı yanaşmaların tətbiqi mexanizmi hazırlanır/





İnform.az

Baxış sayı: 246