Maqazin
26.01.2019 / 17:00

"Həyat, keçdiyin hər dərsi öyrəndim..."- Aygün Kazımova/Video

"Həyat, keçdiyin hər dərsi öyrəndim..."-
Bu gün Azərbaycanın Xalq artisti, estrada səhnəmizin ulduzu Aygün Kazımovanın ad günüdür. Xalq artisti 48 yaşını qeyd edir.

İnform.az oxu.az-ın xəbərinə istinadən bildirir ki, “Instagram” səhifəsində sevənlərinin saysız-hesabsız təbriklərinə görə təşəkkür edən müğənni ötən illərinin ona öyrətdiklərinə dair ürək sözlərini də yazıb:

“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm.

Keçdiyin dərslərindən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.





İnform.az

Baxış sayı: 55