Dünya
26.01.2019 / 18:30

Daily Telegraph qəzeti Melaniya Trampdan üzr istəyib

Daily Telegraph qəzeti Melaniya Trampdan üzr istəyib
Britaniyanın The Daily Telegraph qəzeti ABŞ-ın birinci xanımı Melaniya Trampdan onun haqqındakı məqalədə faktların təhrif olunması səbəbindən üzr istəyib və kompensasiya ödəməyə hazır olduğunu bildirib.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. “Təəssüfümüzün əlaməti olaraq biz xanım Trampa kompensasiya, həmçinin məhkəmə xərclərini ödəməyə hazırıq”, - nəşrin bəyanatında belə deyilir. Ödənişin məbləği açıqlanmır.

Burada söhbət Melaniya Tramp haqqında qəzetin həftəliyində yanvarın 19-da dərc olunmuş məqalədən gedir. Məqalədə onun atası barədə faktlar təhrif olunmuş şəkildə verilib. Habelə qəzet yazıb ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampla ailə quranadək Melaniyanın karyerası uğursuz olub.

“Biz etiraf edirik ki, xanım Tramp ərə gedənədək özü uğurlu peşəkar model olub və işə ərinin yardımı olmadan düzəlib”, - deyə Britaniya qəzeti qeyd edib.



İnform.az

Baxış sayı: 252