Baş xəbər, Hüquq
26.01.2019 / 15:00

Ünvanlar ayrı, məqsəd eyni- NARKOTİKA...

Ünvanlar ayrı, məqsəd eyni-Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini S.Babayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.

DİN Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, davam etdirilən tədbirlərlə S.Babayevin narkotiki əldə etdiyi mənbə də müəyyən edilib.

Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Bülbülə qəsəbə sakini M.Mütəllimzadə və ona da narkotik vasitəni satmaqda şübhəli bilinən Müşfiq qəsəbə sakini N.Abdullayev saxlanılıblar.

N.Abdullayevdən metamfetamin aşkar edilərək götürülüb.

******


Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini V.Rəhimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə V.Rəhimova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini A.Cəfərov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, ondan heroin və marixuana götürülüb.

******


Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Sabirabad rayon sakini F.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə F.Məmmədova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunan Ə.Muradov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən və idarə etdiyi “VAZ-2106” markalı avtomobildən marixuana aşkar edilərək götürülüb.




İnform.az


Baxış sayı: 227