Din
26.01.2019 / 12:30

Lənkəranda dini maarifləndirici tədbirlər davam etdirilir/

Lənkəranda dini maarifləndirici tədbirlər davam etdirilir/
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində Bəlləbur kənd məscidində maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə,tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbə əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu bildirib. Q.Məmmədov milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Nərminə Mahmudova çıxışında dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modeli haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Dövlətin dinə qayğısından danışan N.Mahmudova ölkəmizdə tarixən tolerant və multikultural dəyərlərin mövcud olduğunu vurğulayıb.

Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov və digərləri çıxışlarında keçirilən tədbirin aktuallığı ilə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Lənkəranda dini maarifləndirici tədbirlər davam etdirilir/


Lənkəranda dini maarifləndirici tədbirlər davam etdirilir/




İnform.az


Baxış sayı: 176