Hüquq
26.01.2019 / 11:15

Avtomobildən külli miqdarda narkotik aşkarlanıb/ FOTO

Avtomobildən külli miqdarda narkotik aşkarlanıb/Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən rayonun Yuxarı Ağalı kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Pərviz Hüseynov və əvvəllər məhkum olunmuş Rəşad Xalıqov saxlanılıb.

Saxlanılarkən P.Hüseynovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə baxış keçirilən zaman oradan 8 kiloqram 485 qram narkotik maddə tiryək və 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Avtomobildən külli miqdarda narkotik aşkarlanıb/


Avtomobildən külli miqdarda narkotik aşkarlanıb/




İnform.az

Baxış sayı: 183