Hüquq
26.01.2019 / 10:15

Cəzaçəkmə müəssisəsinə narkorik maddə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkorik maddə keçirilməsinin qarşısı alınıbPenitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 217.2.; 32.3; 29.1; 120.2.1; 29; 120.2.5; 29.122.2.11; 29.122.2.14; 120.2.5; 120.2.7; 120.2.11; 228.3 və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilən məhkum Xəlilov Rəhim Talıb oğlu ilə qısamüddətli görüşə gəlmiş oğlu Gəncə şəhər sakini Xəlilov Orxan Rəhim oğlu və bacısı oğlu Qazax rayon sakini Yusifov Elşən Ələddin oğlunun gətirdikləri sovqata və üzərlərinə baxış keçirilən zaman E.Yusifovun əynində olan gödəkcə və şalvarın ciblərinin iç hissəsində xüsusi üsulla tikilərək gizlədilən 0,165 qram “Marixuana”” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.





İnform.az

Baxış sayı: 140