Mədəniyyət
31.07.2015 / 23:44

Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.

Nazir və millət vəkillərinin, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

İnform.az

Baxış sayı: 310