Baş xəbər, Siyasət
26.01.2019 / 10:10

26 Yanvar Lənkəran hadisələrindən 29 il ötür- "CƏSUR ÜRƏKLƏR"

26 Yanvar Lənkəran hadisələrindən 29 il ötür-
Bu gün qanlı Lənkəran hadisələrindən 29 il ötür.

İnform.az-ın məlumatına görə, Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qırğından sonra, yanvarın 26-da Lənkərana hücum edib.

Həmin vaxt Lənkəranda altı nəfər düşmən hücumunun qurbanı olub.

Bu gün sizə təqdim edəcəyimiz Şəhriyar Camalbəylinin ssenarisi və rejissorluğu ilə ərsəyə gələn "Cəsur ürəklər" sənədli filmində bu hadisələrin canlı şahidləriylə baş-başa qalacaq, onların qanlı 26 yanvar hadisəsiylə bağlı xatırlərini dinləyəcəksiniz.

Filmin çəkilməsində əsas məqsəd 1990-cı il 26 yanvarda baş verən hadisələrin qaranlıq məqamlarını üzə çıxarı işıqlandırmaqdır.

Filmin redaktoru Günay Camalbəyli, musiqi tərtibatçısı Elnarə Xəlilova, koordinatoru tədqiqatçı-tarixçi, yazıçı-publisist Aqşın Mistanlıdır.

Qeyd edək ki, bu film H.Əliyev Fondunun dəstəyi ilə çəkilib.






İnform.az




İnform.az

Baxış sayı: 428